Gürcüstan parlamentinin üç müxalif üzvü – “Leyboristlər” Partiyasının sədri Şalva Natelaşvili, “Droa” Partiyasının lideri Elene Xoştariya və “Gürcüstan üçün Lelo” Partiyasının lideri Badri Caparidzenin deputat səlahiyyətləri vaxtından əvvəl dayandırılıb.
"Unikal" xəbər verir ki, qanunverici orqanın bugünkü plenar iclasında onların mandatları səs çoxluğu ilə ləğv edilib.
İclasda keçmiş spiker Kaxa Kuçavanın da deputat mandatı öz istəyi əsasında dayandırılıb.
Qeyd edək ki, E.Xoştariya və Ş.Natelaşvili mandatlarından parlamentin işində sistematik olaraq iştirak etmədiklərinə görə məhrum olunublar. B.Caparidze ilə bağlı səbəb isə məhkəmə qərarı ilə əlaqəlidir. Belə ki, o, TBC Bankın digər təsisçisi Mamuka Xazaradze ilə birgə dələduzluq faktı üzrə təqsirli bilinib.(report.az)