Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
"Unikal" Rusiya XİN-in saytına istinadən xəbər verir ki, telefon danışığı zamanı aktual ikitərəfli və regional məsələlər, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası müzakirə edilib.
Təhlükəsizlik zəmanətləri üzrə davam edən danışıqlarla bağlı ətraflı müzakirə olunub.