Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının Ukraynanın sepratçı Luqansk və Donetsk xalq respublikalarının tanınması çağırışlarına münasibət bildirib.
"Unikal" xəbər verir ki, Putin Almaniyanın federal kansleri Olaf Şolts ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında deputatların Donbas sakinlərinin kədərini bölüşən seçicilərə qarşı həssas olduğunu deyib:
“Dövlət Dumasında səsvermə, məncə, bu və ya digər şəkildə, əlbəttə, bununla bağlıdır. Çünki parlamentin deputatları, hər bir ölkədə olduğu kimi, Rusiyada da ictimai rəyi rəhbər tuturlar, özlərinin seçicilərinin rəyini rəhbər tuturlar. Bu baxımdan, tamamilə aydındır ki, ölkəmizdə insanların böyük əksəriyyəti Donbas sakinlərinin dərdinə şərikdir, onları dəstəkləyir və orada vəziyyətin yaxşılığa doğru köklü şəkildə dəyişəcəyinə ümid edir”.
Xatırladaq ki, bu gün Rusiya Duması separatçı "DXR" və "LXR"in tanınması üçün Putinə müraciət qəbul edib.