Bakıda evdə yanğın baş verib.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki,  Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.