Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 309 nəfər ölüb.
"Unikal" xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 461 min 955 nəfərin test edildiyi, 94 min 730 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 102 min 673 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.