ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərə məlumat verilib.
Telefon danışığının mövzusu barədə məlumat verilməyib.
Liderlərin Ukrayna ətrafındakı vəziyyəti müzakirə etdiyi ehtimal olunur.