Böyük Britaniya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Toni Radakin Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə etmək üçün Birgə Ekspedisiya Qüvvələrində təmsil edilən 9 ölkədən (Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya) olan həmkarı ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Birgə Ekspedisiya Qüvvələri Avropa təhlükəsizliyinin təmin olunmasında öz effektivliyini nümayiş etdirir. Rəqabət və qarşıdurma dünyasında bizim kimi həmfikir ölkələrin ümumi qüvvələri qorumaq üçün bir araya gəlməsi çox vacibdir”, - bəyanatda deyilir.
"Ukrayna sərhədindəki vəziyyət, eləcə də Avro-Atlantik regionda Rusiyanın görünməmiş hərbi fəaliyyəti Böyük Britaniya və avropalı müttəfiqlərimizin birliyini zəruri edir. Biz gələcək planlarımız haqqında məhsuldar danışıqlar apardıq", - Radakin görüşdən sonra bildirib.
2014-cü ildə yaradılan Böyük Britaniyanın rəhbərlik etdiyi Birgə Ekspedisiya Qüvvələrinə daxil olan iştirakçı ölkələr vaxtaşırı birgə hərbi təlimlər keçirirlər.