İtaliyanın xarici işlər naziri Luici Di Mayo Moskvaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə o, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdən sonra məlumat verib.
Görüşün fevralın 17-də baş tutacağı gözlənilir. O, Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.