Hondurasın keçmiş prezidenti, səlahiyyət müddəti yanvarın 27-də başa çatan Xuan Orlando Hernandez saxlanılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın narkotik və silah qaçaqmalçılığı ittihamı ilə ekstradisiya etmək istədiyi Xuan Orlando Hernandez, Ali Məhkəmənin qərarından sonra paytaxt Tequsiqalpadakı evində polisə təslim olub.
Hernandez sorğu-sual olunmaq üçün polis bölməsinə aparılıb.
ABŞ-ın Tequsiqalpadakı səfirliyi Hernandezin Kolumbiya və Venesuela vasitəsilə ABŞ-a tonlarla kokain göndərdiyini və onun ekstradisiya edilməsinin vacibliyini vurğulayıb.
Honduras Xarici İşlər Nazirliyinin rəsmiləri bildiriblər ki, ABŞ səfirliyi bir siyasətçinin həbsini tələb edib və sorğu Honduras Ali Məhkəməsinə göndərilib.