Rusiya ilə əlaqəli hakerlər Ukraynanın hərbi, enerji və digər kritik kompüter şəbəkələrinə kəşfiyyat məlumatı toplamaq və bu sistemləri sıradan çıxarmağa hazır olmaq üçün geniş şəkildə nüfuz ediblər. 

"Unikal" xəbər verir ki, kiberhücumda Moskvanın iştirakına dair heç bir sübut olmasa da, ABŞ kəşfiyyatı bunu Rusiyanın etdiyini iddia edib. 

ABŞ rəsmisinin sözlərinə görə (ad açıqlanmır), Moskva elektrik enerjisi, nəqliyyat, maliyyə və telekommunikasiya kimi mühüm xidmətləri təmin edən Ukrayna qurğularını pozmağa cəhd edə bilər. Rəsmi hesab edir ki, onlar bunu ya hərbi əməliyyatlara dəstək kimi, ya da çaxnaşma salmaq və Ukraynada sabitliyi pozmağa cəhd etmək üçün edə bilərlər.

Digər ABŞ rəsmisi iddia edir ki, Ukrayna sistemlərində Rusiya kəşfiyyat agentlikləri üçün işlədiyi iddia edilən hakerlər aşkarlanıb.

xxx

10:33

Ukraynada Müdafiə Nazirliyinin və Ukrayna Silahlı Qüvvələrinin internet saytları, həmçinin "Privatbank" və "Oschadbank" bankları kiberhücuma məruz qalıb. 

"Unikal" xəbər verir  ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı açıqlamada nazirliyin “ehtimal” hədəfində olduğu və saytın fəaliyyət göstərmədiyi təsdiqləndiyi, saytın yenidən aktivləşdirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Kiberhücumda hədəf alınan "Privatbank" və "Oschadbank"ın internet bankçılıq xidmətlərində problemlər olduğu bildirilib.