Belçika federal hökumətinin qəbul etdiyi yeni qanuna əsasən, artıq işçilər həftədə beş deyil, dörd gün işləyəcəklər.
"Unikal" "Euronews"a istinadən xəbər verir ki, çalışdıqları yerdə işlərini dörd gündə tamamlayan işçilər həftənin 5-ci günü işə getməyə biləcəklər. İş-həyat balansını yaxşılaşdırmaq üçün işçilər dəyişən iş qrafiki də seçə bilərlər. Bir həftə adi vaxtdan bir az çox işləyən insanlar gələn həftə daha az işləyəcəklər.
Yeni qərar Baş nazir Aleksandr De Kroo tərəfindən imzalanıb.
Ağarza Elçinoğlu