Milli Məclisin üzvü Tahir Kərimli sərtləşdirilmiş karantin dövründə yazılan cərimələrin silinməsini təklif edib.
Deputat "Unikal"a açıqlamasında bildirib ki, bu, Azərbaycan xalqının maddi imkanlarına uyğun bir təklifdir.
"Bu olarsa, xalq hökumətdən, dövlətdən çox razı qalar. Xalq üçün böyük məbləğdir, dövlət üçün isə o qədər də böyük məbləğ deyil. Bir sıra ölkələrdə buna uyğun addımlar atılır. Pandemiya ilə bağlı sərt karantin dövründə çox ciddi cərimələr tətbiq olunub ki, indi həmin cərimə tətbiq olunmur. Hüququn aliliyinə görə, əgər sonrakı tarixdə vəziyyət yaxşılaşırsa, əvvəlki vəziyyət sonraya uyğunlaşdırılmalıdır. Məlumdur ki, əvvəl sərt karantin olub, indi isə bu hal yumşalıb. Beynəlxalq hüquq da tələb edir ki, vəziyyəti yumşaldaq. Bu baxımdan həmin cərimələrin silinməsi yaxşı olardı. Burada həm dövlətimiz, həm də xalqımız qazanar".
Həmçinin, T.Kərimli təklif edib ki, 1 fevral tarixinə qədər olan bütün növ cərimələr silinsin.
"Bura, pandemiya ilə bağlı yazılan cərimələrlə yanaşı, digər sahələri əhatə cərimələr də əlavə olunsun".
Anar Kəlbiyev