Emmanüel Makron Minsk razılaşmasının təfərrüatlarını müzakirə etdikləri danışıqlarda Vladimir Putinin ikiüzlülük etdiyini bildirib.
"Unikal" xəbər verir ki, Avropa İttifaqının Fövqəladə Liderlər Sammitindən sonra Aİ Komissiyasının sədri Von der Leyen, Avropa Şurasının sədri Şarl Mişel və Fransa prezidenti Makron mətbuata açıqlama verib.
Makron konfransda Minsk razılaşmasının detallarını müzakirə etdikləri telefon danışıqları zamanı Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etməyə hazırlaşarkən ikiüzlü olduğunu deyib.
"Putin bizi imperiyaya və münaqişələrə qaytarmaq istəyir", - Makron bildirib.
O, həmçinin Ukraynaya 300 milyon avroluq hərbi texnikanın veriləcəyini qeyd edib.