Belarusiya prezidenti Aleksandr Lukaşenko Belarus ərazisindən Ukraynadakı mövqelərə raketlərin atıldığını təsdiqləyib.
"Unikal" xəbər verir ki, belarus lideri Donbassın artıq Ukraynanın olmadığını bildirib.
"Saat 11-də (fevralın 23-ü axşam) bu münaqişə ərəfəsində (artıq hava qaralmışdı), həqiqətən də Rusiya qoşunlarının yerləşdiyi təxminən Çernobıl vilayətlərinin ərazisindən iki-üç raket atıldı", - Lukaşenko bildirib.
O, bunu onunla izah edib ki, Ukrayna tərəfində Belarusla sərhəddən 10-15 km aralıda yerləşdirilən bir neçə raket batalyonu aşkar edilib və kəşfiyyat məlumatlarına görə, Ukrayna tərəfi yaxın bir neçə gün ərzində Belarus ərazisinə zərbə endirməyə hazırlaşır: "Mən onlara raket atmaq əmri verməmişəm. Dedim ki, bəli, uşaqlar, biz bunu görürük. Və sonra ruslar (hərbi təlim üçün gedən) bu mövqelərə iki-üç raket atdılar", - dedi.
Ağarza Elçinoğlu