“Rusiyaya təbi qaz və neft embarqosu tətbiq olunmalıdır”.
"Unikal" xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmıtro Kuleba bildirib.
L. Kuleba deyib ki, əks halda sanksiyalar Rusiyaya ciddi təsir etməyəcək: “Ukraynaya silah və humanitar yardım edən ölkələri unutmayacağıq. Xüsusən tanklara qarşı silahlara, raketlərə, atıcı silahlara daha çox ehtiyacımız var”.
Ukrayna XİN başçısı qeyd edib ki, əvvəllər ultimatumlarla danışan Rusiya məğlubiyyətlərlə üzləşəndən sonra indi sadəcə, yalnız danışmaq istədiyini bildirir: “Dünyadakı dostlarımızın yardımına görə minnətdarıq. Bu, təkcə bizim mübarizəmiz deyil”.