Rusiya qoşunları yenidən Xerson şəhərinə hücum edib. Hazırda şəhər uğrunda küçə döyüşləri gedir.
"Unikal" xəbər verir ki, bu barədə şəhərin meri İqor Kolıxayev bildirib.
Onun sözlərinə görə, Rusiya tankları və zirehli transportyorları şəhərə daxil olub.
“Biz hamımız deputatlarla birlikdə şəhər şurasındayıq, xidmətlərin işini koordinasiya edirik. Zərbələrin nəticəsində evlərdə qaz və elektrik enerjisi kəsilir”, - Kolıxayev əlavə edib.
Mer, həmçinin qeyd edib ki, rusiyalı hərbçilər hazırda mövqelərini möhkəmləndirməklə məşğuldur. Şəhər administrasiyasının binası Ukraynanın nəzarətindədir.
Kolıxayev eyni zamanda vurğulayıb ki, şəhərin bir çox yerlərində yanğınlar başlayıb. Xerson küçələrində quldurlar mağazaları qarət edir.