İsrailin baş naziri Naftali Bennet Ukraynadakı müharibədə vəziyyətin pis olduğunu bildirib.
"Unikal" xəbər verir ki, Bennet bu barədə Təl-Əvivdə keçirilən kibertəhlükəsizlik konfransında çıxışı zamanı danışıb.
O, Ukraynadakı müharibəyə toxunaraq, "Müharibəyə başlamaq çox asandır, amma onu bitirmək çətindir" - ifadəsini işlədib.
Ukrayna üçün hərəkətə keçməyə çağıran Bennett"Biz başa düşməliyik ki, dünya liderləri hərəkətə keçməsə, bu, daha pis ola bilər. Mən burada misli görünməmiş insan itkisindən, Ukraynanın tamamilə məhv olmasından, milyonlarla qaçqından danışıram", - deyib.
Böhrandan çıxmağın hələ də gec olmadığını vurğulayan İsrail baş naziri, "Dünyanın əsas aktyorlarının məsuliyyəti tərəfləri tez bir zamanda döyüş meydanından çıxarıb danışıqlar masasına oturtmaqdır" , - deyə çıxışında bildirib.