Ermənistanda Polisin Operativ İdarəetmə Mərkəzinə zəng edən vətəndaş “Haypost” QSC-nin Çarentsavan ofislərindən birinin yaxınlığında dayanmış inkassasiya avtomobilindən içərisində 6 milyon 500 min dram dəyərində pensiya olan çantanın yoxa çıxması barədə məlumat verib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.
Sözügedən maşını müşayiət edən avtomobilin müvəqqəti yoxluğundan istifadə edən şəxslər çantanı oğurlayıb.
Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi başlanıb. 33 yaşlı müşahidəçi sürücü həbs edilib. Cinayət işinin açılması istiqamətində tədbirlər davam etdirilir.
Ağarza Elçinoğlu