Kiyevdə metro stansiyalarından birinin yaxınlığında 4 diversantı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, təxribatçılar ərazidə foto çəkdirərkən saxlanılıblar.

Onların avtomobilində polis silah arsenalı, o cümlədən RPQ-7 və Kalaşnikov avtomatları, qumbaralar, əldə düzəldilmə partlayıcı qurğu və trotil bombaları, həmçinin hərbi bıçaqlar tapılıb.

Ağarza Elçinoğlu