Rusiyalı şanson ifaçısı Anna Jukovanın cəsədi Moskvadakı mənzilində ölümündən 3 gün sonra tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə KP.ru məlumat yayıb. Bildirilib ki, fevralın 28-də oğlu polisə müraciət edərək anasını görmək üçün mənzilə daxil olarkən onu ölü tapıb.

İlkin məlumatda qeyd olunub ki, 60 yaşlı Annanın meyitində zorakılıq əlamətləri aşkar edilməyib. Belə ki, onun cəsədi aşkarlanmadan iki gün əvvəl kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib. Ölümün dəqiq səbəbi tibbi ekspertizadan sonra bəlli olacaq.

Hazırda polis Jukovanın ölümünü araşdırır.