Rusiya və Ukrayna nümayəndələrinin üçüncü raund görüşü keçiriləcək.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"Kiyev və Moskva danışıqları davam etdirmək barədə razılığa gəliblər, üçüncü raundun ən qısa zamanda keçirilməsi planlaşdırılır".