Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Nazirlər görüş zamanı Ukraynadakı cari vəziyyəti müzakirə ediblər.
Çavuşoğlu tərəflərin mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizin yaradılmasına dair razılığa gəlməsindən Türkiyənin məmnun olduğunu vurğulayıb.
O əlavə edib ki, dəhliz bir tərəfdən Türkiyə vətəndaşlarının təxliyyəsini təmin edəcək, digər tərəfdən humanitar yardımların çatdırılmasını asanlaşdıracaq.