ABŞ Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bununla yanaşı, 19 rusiyalı iş adamı və onlarla əlaqəli 47 ailə üzvünə qarşı da sanksiya tətbiq edilib.
Sanksiya siyahısında Priqojin, Şuvalov, Çemezov və Rotenberq də var.