ABŞ-ın respublikaçı senatoru Lindsey Qraham Rusiyanın Ukraynaya hücumuna son qoymaq üçün Vladimir Putinə “sui-qəsd”i nəzərdə tutub.
"Unikal" xəbər ki, o, "Twitter"dəki paylaşımında Roma İmperatoru Yuli Sezara xəyanət edən Brutus və Adolf Hitlerə sui-qəsd cəhdi edən polkovnik Klaus fon Ştauffenberqə istinad etməsi diqqət çəkib.
"Rusiyada Brut var? Rus ordusunda polkovnik Ştauffenberq kimi uğurlu adam yoxdurmu? Müharibəni dayandırmağın yeganə yolu bu adamı (Putini) aradan götürməkdir. Bu, ölkəniz və bütün dünya üçün çox mühüm xidmət olacaq", - deyə o, yazıb.
Baş verənləri düzəldə biləcək tək millətin rus xalqı olduğunu vurğulayan senator, "Demək asandır, etmək çətindir. Əgər həyatınızın qalan hissəsini qaranlıqda, insanlardan təcrid olunmuş vəziyyətdə keçirmək istəmirsinizsə, dünya üçün hərəkətə keçməlisiniz".
Qrahamın bu paylaşımı tezliklə sosial şəbəkə istifadəçilərinin reaksiyasını qazanıb və Putinə sui-qəsd çağırışı kimi şərh olunub.
Gülayə Mecid