Zaporojye AES-in yerləşdiyi ərazi Rusiya Federasiyasının hərbi qüvvələri tərəfindən ələ keçirilib.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın Dövlət Nüvə Tənzimləmə Qurumu deyib. Qurumdan bildirilib ki, hazırda enerji blokları toxunulmaz olaraq qalır, radiasiya vəziyyətində heç bir dəyişiklik qeydə alınmayıb.
"ZNPP enerji blokları toxunulmaz olaraq qalır, 1 nömrəli enerji blokunun reaktor bölməsinin binasında zədələr var ki, bu da enerji blokunun təhlükəsizliyinə təsir göstərmir", - məlumatda deyilir.
Enerji bloklarının vəziyyəti:
1 nömrəli enerji bloku: planlı profilaktik təmir.
2, 3 nömrəli enerji blokları: şəbəkədən ayrılıb və nüvə qurğularının soyudulması davam edir.
4 nömrəli enerji bloku: işləyir, elektrik enerjisi 690 MVt.
5, 6 nömrəli enerji blokları: nüvə qurğularının soyudulması davam edir.
Ağarza Elçinoğlu