Brovarov istiqamətində Rusiya ordusunun 4 PDM, 2 tankı məhv edilib, 1 PDM isə qənimət götürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində məlumat verilib.
“Rus ordusu texnikalarını sakinlərin evlərində gizlədir. Mağazaları talan edirlər. Rusiya öz maşınlarının metal parçasına döndüyünü görür və bilir ki, onu da eyni aqibət gözləyir”, - məlumatda qeyd olunub.