"Rusiya prezidenti Vladimir Putin eyni siyasi kursu davam etdirsə, Qərb dövlətlərinin birgə hərəkətlərini nəzərə almalı olacaq".
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
Nazir həmçinin, Putini Rusiyanın qlobal təcrid olunması ilə hədələyib.
"Qərb Rusiya hakimiyyətinin hərəkətləri ilə razılaşmadığını siyasi və iqtisadi cəhətdən nümayiş etdirir. O, ölkəsini məhv edir", - deyə Berbok ifadə edib.