Ukraynada Rusiya Dövlət Təhlükəsizliyi Xidmətində 8 il işləmiş xalq deputatının köməkçisi saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
"İstintaqın nəticələrinə görə, şübhəli şəxs 2014-cü ilin oktyabrından 2022-ci ilin fevralına qədər həmin pulu Ukraynanın müdafiə, dövlət, iqtisadi və informasiya təhlükəsizliyinə dair məlumatların toplanması və Rusiyaya ötürülməsi üçün istifadə edib. O, iqtisadi, dövlət və ictimai hadisələrlə bağlı analitik hesabatları şəxsən tərtib edib...", - bəyanatda deyilir.
Bildirilir ki, cinayət fəaliyyətinin bütün dövrü ərzində şübhəli Rusiya Federasiyası DTX-dənn təxminən 80 min ABŞ dolları alıb.
Bildirilib ki, onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ağarza Elçinoğlu