Visa və MasterCard Rusiyada fəaliyyətini dayandırıldıqdan sonra yerli "Mir" sisteminin kartları yalnız 7 ölkədə qəbul ediləcək.
"Unikal" bu barədə Rusiya Bankına istinadən xəbər verir.
Bildirib ki, Rusiya bankları tərəfindən buraxılan bütün VISA və MasterCard kartları yalnız Rusiya ərazisində işləməyə davam edəcək.
Eyni zamanda, VISA və MasterCard kartları ilə transsərhəd əməliyyatlar həyata keçirilməyəcək. Bu həm xarici onlayn mağazalarda alış-verişin ödənişinə, həm də bu kartlardan xaricdə istifadəyə aiddir.
Rusiya Mərkəzi Bankı ölkə vətəndaşlarına xaricə nağd pul götürməyi tövsiyə edir, çünki yerli sistemin kartları yalnız 7 ölkədə: Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, qondarma Cənubi Osetiya və Abxaziyada qəbul ediləcək.
Həmçinin, Rusiya Federasiyasının vətəndaşlarına xaricdə nağd pul çıxarmaq üçün Mir-UnionPay əmtəə nişanlı kartı təqdim etmək təklif olunur.