“Quacquarelli Symonds” (QS) reytinq agentliyi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
"Unikal" “RİA Novosti”yə istinadən xəbər verir ki, QS həmçinin Rusiya və Belarus universitetlərini yeni reytinqlərdən kənarlaşdıracaq.
“İndi biz Rusiya və Belarus təşkilatlarını yeni QS reytinq siyahılarına salmayacağıq və Rusiya universitetlərini və Rusiyanı təhsil alacaq ölkə kimi tanıtmağı dayandıracağıq. Biz Rusiyada yeni müştərilərlə istənilən qarşılıqlı əlaqəni və rusiyalı müştərilər ilə aktiv qarşılıqlı əlaqəni dayandıracağıq”, - şirkətin bəyanatında deyilir