“Artıq on üçüncü gündür bizə deyirlər ki, səmada kömək olacaq, təyyarələr olacaq, onlar bizə təhvil veriləcək".
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
Zelenski bildirib ki, Ukraynada insanların ölümündə günahı Rusiya, məsuliyyət isə Qərb ölkələri daşıyır:
“Bunun məsuliyyəti həm də on üç gündür Qərbdə qərar qəbul edə bilməyənlərin üzərinə düşür”.
Ukrayna Prezidenti qeyd edib ki, şəhərlərdə yüz minlərlə insan, sözün əsl mənasında, həyat və ölüm arasındadır.