Bu günə olan məlumata görə, Ukraynada müharibə başlayandan bəri 41 uşaq ölüb, 76 uşaq isə yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova “Telegram”-da məlumat verib.
Ombudsmanın sözlərinə görə, təkcə bu gün Donetsk vilayətində 4 mülki vətəndaşın, o cümlədən 14 yaşlı yeniyetmənin yaralandığı məlum olub.