"Rusiya Prezidenti Vladimir Putin heç vaxt Ukraynanı ələ keçirə bilməyəcək".
"Unikal" xəbər verir ki, ABŞ prezidenti Co Bayden buna əmin olduğunu bildirib.
"Ukrayna heç vaxt Putin tərəfindən tutulmayacaq. O, bir şəhəri tuta bilər, amma bütün ölkəni tuta bilməz”, - deyə Bayden bəyan edib.
Eyni zamanda Bayden ABŞ Konqresini Ukraynaya dəstək üçün 12 milyard dollarlıq paket qəbul etməyə çağırıb.