Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 130 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 37 407 nəfər COVID-19 infeksiyasına yoluxub, 69 294 nəfər isə sağalıb.