Yaponiya Ukraynaya özünümüdafiə qüvvələrinin gülləkeçirməz jiletləri və dəbilqələri göndərib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, təchizatların çatdırılması Yaponiyanın Rusiyanın təcavüzü fonunda Ukraynaya yardım etmək öhdəliyini əks etdirir.
Təchizatları daşıyan "KC-767" hava yanacaqdoldurma və nəqliyyat təyyarəsi çərşənbə axşamı gecə Yaponiyanın mərkəzindəki Hava Özünümüdafiə Qüvvələrinin "Komaki" bazasından Polşaya yola düşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, çadırlar, qış geyimləri, təcili qida məhsulları, gigiyena vasitələri, kameralar və elektrik generatorları da daxil olmaqla, digər həyati məhsullar da hazır olan kimi gətiriləcək.
Ağarza Elçinoğlu