Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.
"Unikal" “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hökumət başçısı Parisdə “Ambisiyalar: Ermənistan-Fransa” forumunda iştirak edəcək.
Eyni zamanda, iki ölkənin hökumət üzvləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafı və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
N.Paşinyanı səfərdə xarici işlər naziri Ararat Mirzoyan, səhiyyə naziri Anahit Avanesyan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan və digər rəsmi şəxslər müşaiyət edir.