Gürcüstanda son sutkada koronavirusa 865 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər vəfat edib.
"Unikal" verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Daha 2 820 nəfərin müalicə olunaraq sağaldığı qeyd edilib.
Gürcüstanda pandemiya başlayandan bu günədək COVID-19 infeksiyasına 1 629 930 nəfər yoluxub. Onların 1 570 884-ü sağalıb, 16 456-sı isə ölüb.