Ermənistanda terror hadisəsi olacağıyla bağlı məlumat yayılıb.
"Unikal" erməni KİV-lərə istinadən xəbər verir ki, İrəvandakı məktəblərdən birində bomba olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
"Zəng martın 9-u saat 10:06-da daxil olub. Bombanın Şevçenko adına məktəbə qoyulduğu bildirilib. Xilasedicilərin xüsusi heyəti və növbətçi mühəndis qrupu həmin yerə yola düşüb. Hələlik başqa təfərrüatlar açıqlanmayıb", - məqalədə yazılıb.