Ukraynanın Çerniqov vilayətində rus qüvvələrinin texnika kolonu darmadağın edilib. 

"Unikal" xəbər verir  ki, məhv edilmiş texnikanın müvafiq fotolarını Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı paylaşıb.

"Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiəsi rus işğalçılarını məğlub etməkdə davam edir", - bəyanatda deyilir.