Ukraynada ölkəni silahla müdafiə etmək üçün yüzlərlə məhkum əfv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski deyib.
Onun sözlərinə görə, Prezident yanında Əfv Məsələləri Komissiyası hazırda fəaliyyət göstərir.
"Komissiya Ukraynanın müdafiəsində iştirak etmək istəyənlər üçün bir sıra əfv aktları həyata keçirib", - nazir əlavə edib.
Monastırski qeyd edib ki, əfv olunan, silaha sarılan və Ukraynanın müdafiəsinə qoşulan yüzlərlə insan var.