Rusiya qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını elektrik şəbəkəsini kəsiblər.
"Unikal" xəbər verir ki, Ukrayna Dövlət Müəssisəsi Milli Nüvə Enerjisi İstehsalat Şirkəti (ENERGOATOM) Çernobıl ilə paytaxt Kiyev arasında 750 kVt-lıq xəttin qırıldığını açıqlayıb.
Bildirilir ki, Çernobılda elektrik enerjisinin olmaması radioaktiv materialın havaya qarışması riski yaradır.
Şirkətdən verilən açıqlamada vurğulanıb ki, davam edən münaqişələr stansiyanın təmirini və enerji təchizatını mümkünsüz edib.
Gülayə Mecid