Kremlin sözçüsü Peskov Ukrayna ilə mümkün barışıqla bağlı sualları cavablandırıb.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, "Krım Rusiyanın bölgəsidir, Luqansk və Donetsk müstəqil respublikalardır və belə tanınmalıdırlar", - deyə bildirib.
Peskov ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyaları haqda belə danışıb:
"ABŞ Rusiya ilə iqtisadi müharibə elan edib. O, bu müharibəni de-fakto aparır. Biz enerji bazarlarında turbulentlik görürük. Vəziyyətin dərindən təhlili tələb olunur. Biz etibarlı enerji təchizatçısı olmuşuq, varıq və olacağıq".