Rusiya qüvvələri Ukraynanın Xerson şəhərini ələ keçirdikdən sonra bölgədəki ukraynalıların etirazı davam edir.
"Unikal" xəbər verir ki, Ukrayna ordusu bölgədəki etiraz aksiyaları zamanı 400 ukraynalının Rusiya qüvvələri tərəfindən saxlanıldığını bildirib.
Xersonun ən mühüm xüsusiyyəti Ukraynanın daxili hissələrinə çıxışı təmin etməsidir. Şəhər həm də Ukraynanın xaricə açılan qapısı kimi görünür.