48 saat ərzində ehtiyat dizel generatorları Çernobıl AES-i enerji ilə təmin edəcək, gələcəkdə isə işlənmiş nüvə yanacağının anbarının soyutma sistemi söndürüləcək və radiasiya sızması təhlükəsi yaranacaq.
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Dmitri Kuleba özünün "Telegram" kanalında yazıb.
Qeyd edək ki, Çernobıl Atom Elektrik Stansiyası rus işğalçılarının hərəkətləri səbəbindən enerjisizləşdirilib.
Onu da deyək ki, fevralın 24-də Çernobıl Atom Elektrik Stansiyasının bütün obyektləri və Çernobıl İstisna Zonası Rusiya silahlı qrupları tərəfindən nəzarətə götürülüb.
Ağarza Elçinoğlu