Ukraynanın hərbi aviasiyasının əsas hissəsinin yerləşdiyi hərbi aerodromların 90 faizi sıradan çıxarılıb.
"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Hərbi aviasiyanın əsas hissəsinin yerləşdiyi Ukrayna hərbi aerodromlarının 90%-i sıradan çıxarılıb. Xüsusi əməliyyat başlayana qədər Ukrayna silahlı qüvvələrinin 250-yə qədər istismara yararlı döyüş təyyarəsi və helikopteri var idi. Rusiya Hava Kosmik Qüvvələri yerdə və havada 89 döyüş təyyarəsi və 57 helikopteri məhv edib", - Konaşenkov əlavə edib.
Rusiya MN nümayəndəsi onu da qeyd edib ki, Ukrayna təyyarələrinin bir hissəsi Rumıniyaya uçub və döyüşlərdə iştirak etmir.