İsraillə birgə hədəfimiz ölkələrimiz arasında hörmətə əsaslanan siyasi dialoqun yenidən canlandırılmasıdır.
"Unikal" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Herzoqla birgə mətbuat konfransında deyib.
Ərdoğan İsrail Prezidenti Herzoqun ölkəsinə səfərini tarixi ziyarət kimi qiymətləndirib.
"Bu səfərin Türkiyə-İsrail əlaqələrində yeni bir dönüş nöqtəsi olacağına inanıram.
Bölgəmizdə sülh, sabitlik və birgəyaşayış mədəniyyətinin hakim olmasına töhfə vermək bizim əlimizdədir", - Türkiyə dövlət başçısı qeyd edib.
O, iki dövlətli həll yoluna əhəmiyyət verdiklərini Herzoqun diqqətinə çatdırdığını vurğulayıb.