Rusiya-Ukranya müharibəsinin ilk günlərindən mərmilərdən əziyyət çəkən Mariupolda 1 300-dən çox insan həlak olub.
"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko bildirib.
Andryuşşenko, həmçinin bildirib ki, Rusiya tərəfi atəşi dayandırmayıb.
Bundan əlavə, Rusiya hərbçiləri hava bombardmanlarından fəal istifadə etməyə başlayıblar.
Merin müşaviri qeyd edib ki, humanitar yardımın çatdırılması və şəhərdən evakuasiya üçün "sükut rejimi" davam edir.