Dünyanın ən böyük tütün məmulatları istehsalçılarından biri olan “British American Tobacco” (BAT) Rusiyaya investisiyalarını dayandırır.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
“Biz Rusiyada planlaşdırılan bütün kapital qoyuluşlarını dayandırırıq və diqqətimizi yerli istehsal olan tütün məmulatları, o cümlədən qızdırılan tütün məmulatları portfelinə yönəldəcəyik”, - şirkətin açıqlamasında bildirilir.