ABŞ Konqresinin Nümayəndələr Palatası cümə axşamı səsvermənin nəticələrinə əsasən, Rusiyadan neft və enerji resurslarının ölkəyə idxalını qadağan edən qanun layihəsinin lehinə səs verib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qanun layihəsini Nümayəndələr Palatasının 414 üzvü dəstəkləyib, 17-si əleyhinə səs verib.
Qanun layihəsi neft və enerji idxalına qadağadan əlavə, ABŞ -ın ÜTT-dəki (Ümumdünya Ticarət Təşkilatı) ticarət nümayəndəsini Rusiyaya ticarət güzəştlərinin nəzərdən keçirilməsi və ölkənin təşkilatdakı üzvlüyünün dayandırılması məsələsinə təşəbbüs göstərməsini tələb edir.
Ağarza Elçinoğlu