İndoneziyada vulkan püskürüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Merapi dağındakı vulkanın püskürməsi nəticəsində lavalar ətrafa yayılıb.
Bildirilib ki, 250-yə yaxın sakin müvəqqəti sığınacaqlara yerləşdirilib. Yaxınlıqdakı kənd və şəhərlər küllə örtülüb.
İtkilər barədə məlumat verilmir.
Əhalinin sıx məskunlaşdığı Yava adasındakı vulkanın gecə yarısından bəri ən azı 7 dəfə püskürdüyü qeyd olunur.
Onu da deyək ki, Merapi dağı İndoneziyada 120-dən çox aktiv vulkanın ən aktividir.
Ağarza Elçinoğlu